Şou-biznes

Boşanmamış yeni sevgilisi olduğunu etiraf etdi - FOTO

22 Oktyabr 2022 04:44
Baxış: 4 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl boşanma qərarı alan amerikalı model-aktrisa Emili Ratajkovski "Harper's Bazaar" jurnalının üz qabığı üçün kamera qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model müsahibəsi əsnasında boşanması və yeni münasibətlərindən danışıb. Xəyanətə uğradıqdan sonra boşanma qərarı almasında müxtəlif emosiyalar - qəzəb, kədər, həyəcan, bəzən də sevinc hissi yaşadığını deyib:

"Bunun yeganə yaxşı tərəfi, bütün bunları hiss etməyimdir, çünki bu, məni yaxşı olacağıma inandırır".

Emili kişilərə qarşı münasibətinin dəyişdiyini vurğulayıb. O, bildirib ki, hazırda onun üçün ən vacib olan oğludur.

Model etiraf edib ki, o, artıq tək deyil.

Qeyd edək ki, model bir neçə ay əvvəl amerikalı aktyor Sebastian Bear MakKlardla xəyanətə görə boşanmaq istədiyini açıqlayıb. 2018-ci ildə ailə quran cütlüyün 2021-ci ildə övladı dünyaya gəlib. Hətta aktrisa sonuncu dəfə biseksual olduğunu açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.