Şou-biznes

Sevda doğulacaq körpəsinin adını açıqladı - VİDEO

5 Oktyabr 2022 18:36
Baxış: 3 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə aydan sonra ana olacaq müğənni Sevda Yahyayeva körpəsinə qoyacağı adı açıqlayıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

"Qızıma qoyacağım adı ailəm bilir. Əsas odur ki, sağlam dünyaya gəlsin. Qızıma Ayla adını qoyacağam. Bu ad sevdiyim adlardan biridir", - deyə Sevda bildirib.

Proqramın aparıcısı Afaq Gəncəlinin "Körpən nə zaman dünyaya gələcək?" sualına Sevdanın cavabı belə olub:

"Bu ilin son aylarına yaxın. Yəqin ki, dekabr ayında. Mən dekabr 28-də doğulmuşam. Qızım isə məndən əvvəl dünyaya gələcək".

Qeyd edək ki, Sevda ilə Zakir ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.