Şou-biznes

Azərbaycanlı aktyorun azyaşlı qızı ürəyindən əməliyyat olundu - FOTO

5 Sentyabr 2022 15:16
Baxış: 3 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Cövdət Şükürovun qızı əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Cövdət bildirib ki, övladı ürəyindəki problemə görə bıçaq altına yatıb:

"Dünən gözəl qızım ürəyindən əməliyyat olundu. Şükür Allaha hər şey yaxşı oldu, amma əməliyyat bitənə kimi 20 ilim getdi deyə bilərəm. Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm, unutmayacağam. Allah hər kəsin övladını qorusun".

Qeyd edək ki, C.Şükürov ilk xanımından ayrılıb. Onun bu nikahdan bir qız, bir oğul övladı var. Aktyor ötən il ikinci dəfə ailə qurduğunu açıqlamışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.