Şou-biznes

Azərbaycanlı musiqiçi, Vətən müharibəsi iştirakçısı evində ölü tapıldı

3 Sentyabr 2022 19:17
Baxış: 1 248
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı DJ Murad Pika (Murad Abbaslı) vəfat edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu barədə onun "beatmaker"i olduğu "Destroy" leyblı məlumat yayıb.

O, avqustun 29-u evində ölü tapılıb. Məlumata görə, 27 yaşlı M. Pika yuxudan oyanmayıb.

Qeyd edək ki, Murat "Rock", "Jazz" və "Blues" qruplarının aparıcı üzvü olub. O, gitarist, pianist, bəstəkar, beatmaker, DJ olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi veteranı idi və iki medal ilə təltif edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.