Şou-biznes

Məşhur müğənni sevgilisinin xəyanətini eşidib insult keçirtdi - FOTO

1 Sentyabr 2022 15:46
Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı müğənni və model Anna Kalaşnikova sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona milyonlarla qiyməti olan hədiyyələr verdiyi öyrənilib.

Məlumata görə, Kalaşnikova yaşananların fonunda depressiyaya düşüb, bu gün isə Moskvada xəstəxanaların birinə yerləşdirilib.

"Təzyiqi çox düşüb. Hələ ki, müayinədədir. Daha sonra ətraflı məlumat olacaq", - deyə artistin qardaşı Konstantin Kalaşnikov bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.