Şou-biznes

Şvartseneggerin keçmiş həyat yoldaşı makiyajsız halı ilə "qorxutdu" - FOTO

28 Avqust 2022 03:22
Baxış: 2 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aktyor Arnold Şvartseneggerin keçmiş həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı Mariya Şrayverin makiyajsız görünməsi internet istifadəçilərini qorxuya salıb.

Milli.Az bildirir ki, müvafiq məlumatı Daily Mail yayıb.

Qeyd olunur ki, 66 yaşlı qadın Los-Ancelesdə gəzinti zamanı üzərinə dar köynək geyindiyi zaman yaxalanıb. Eyni zamanda, Şrayverin üzünə kosmetika sürtmədiyi və saçının səliqəsiz yığılması aydın görünüb.

Görüntülər Twitter-də diqqət çəkib. İstifadəçilər amerikalının xarici görünüşünü plastik əməliyyatlarla korladığı qənaətinə gəlib və onu kərtənkələ ilə müqayisə ediblər. "O, üzünə nə etdi? Dəhşət", "Niyə insanlar ləyaqətlə qocalmırlar? Onlar qaçılmaz olanı gecikdirməyə çalışırlar və nəticədə daha pis görünürlər", "O nə etdi?", "Bu doğru ola bilməz", "Çox botoks vurub", "Kərtənkələ", "Sürünən", "Demon", - istifadəçilər yazıb.

İrfan Vəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.