Şou-biznes

"Sonra ayıldım ki, bunlar kimdir?"

23 Avqust 2022 17:24
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Uşaqlığım pis dövrə düşüb: 1990-cı illər. Həmin illər ölkədə pis vəziyyət idi. Uşaqlıqda ürəkaçan nəsə olmayıb. Bizim nəslin uşaqlığı travmalı olub. Məni ən yaxşı tanıyanlar övladlarımdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Hikmət Rəhimov instaqramda paylaşdığı videosunda deyib. Uşaqlığından danışan aktyor ağır günlər keçirdiyini etiraf edib:

"Zaman-zaman qarşılaşdığımız insanlar ya bizə dost, ya da dərs olur. Sonra ayılmışam ki, bunlar kimdir, onlarla niyə dostluq edirəm? Ölümündən qorxan adamlardan qorxmaq lazımdır. Yaxşı ki, ölüm var. Tanrı insanı tam olaraq xoşbəxt yaratmayıb. Kimin üçünsə xoşbəxtlik Havay adalarında istirahətdir. Bir insan həyatında büsbütün xoşbəxt olmaq yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.