Şou-biznes

Naibəni “ucuz” adlandırmışdı, onu isə...

16 Avqust 2022 10:37
0 Şərh     Baxış: 2 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Cavidan Novruz Xalq artisti Səidə Quliyevanın komediyaçıları tənqid etməsinə münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Cavidan bu barədə feysbuk hesabında post paylaşıb.

"Səidə Quliyeva komediyaçıları tənqid edib, ciddi deyirəm, heç bir sarkazm etmirəm. O nə deyibsə, düz deyib. Çünki sözün əsl mənasında sənətkardır. O, hər şeyi gözəl bilir. Fikirləri qarşısında baş əyib əllərindən öpürəm.

Mənim üçün belə sənətkarların sözü sözdür! Yoxsa, bəziləri kimi... Səidə xanımın elə "Bala başa bəla"da İzzət Nəfisli və bir sıra filmlərdə, teatrlardakı obrazları bəs edir",- deyə, C. Novruz bildirib.

Qeyd edək ki, S. Quliyeva "Yenisabah"a olan müsahibəsində komediyaçıları tənqid edib. Eyni zamanda Xalq artisti Naibə Allahverdiyeva da bir müddət əvvəl komediya aktyorlarına irad bildirmişdi. Cavidan sənətçini "ucuz" adlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.