Şou-biznes

Vüsalə Əlizadə mərhum qardaşından yazdı

16 Avqust 2022 08:40
3 Şərh     Baxış: 1 175

Aparıcı Vüsalə Əlizadə faciəli şəkildə həlak olan qardaşı Əlihüseyn Əlizadənin ölüm ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

"15.08.2021. Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il... Hər səhər "sən varsan, məni görürsən, eşidirsən" deyib, göz yaşımı gizli, zərifliyimi güclü, sıxıntılarımı gülüşümün altındakı qəhərə sığdırdığım bir il yaşadım. Sənə söz verdiyim hər şeyi etdim. Bacardım yenə, öhdəsindən gəldim. Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı..."

Qeyd edək ki, Ə.Əlizadə ötən ilin avqustun 15-də qəzada həyatını itirib. Belə ki, onun idarə etdiyi avtomobil Astara-Şahağacı yolunda idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics