Əli Mirəliyevdən Mədəniyyət Nazirliyinə İRAD: “Dövlət tədbirlərində fonoqram qadağan edilməlidir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Onlar müğənni yox, müğənniciklərdir. Bunların oxumaq üçün nə səsləri var, nə də avazları. Ona görə də onlar ölənə kimi fonoqramla toy tutacaqlar. Üzeyir Mehdizadələr, Damlalar heç vaxt canlı oxuya bilməzlər. Onların məşhurluğunun gücü və ciblərinin pulu da fonoqramın sıradan çıxdığı gün bitəcək".
Milli.Az xəbər verir ki, bu sözləri bizim.media-ya verdiyi açıqlamada müğənni Əli Mirəliyev deyib.
Müğənni söyləyib ki, toylarda və dövlət tədbirlərində canlı oxumaq üçün güclü səs və son model güclü texnika lazım olduğu üçün müğənnilərin çoxu bundan qaçır:
"Mən canlı toylara getdiyim vaxtlar qazandığımı demək olar ki, aparaturanın alınmasına və daşınmasına xərcləyirdim. Çünki keyfiyyətsiz aparatura bir anda ifaçının zəhmətini hədər edə bilər. Bunu da ancaq səsi, avazı və vicadanı olan ifaçılar edə bilər. Müğənninin tədbirə gedib orada oxunması da məhz bununla ölçülməlidir. "FİFA U-17" Qadınların Dünya Kuboku uğrunda 2012-ci il yarışlarının açılış mərasimində milyon müqabilində Bakıya Cennifer Lopez gəlmişdi. Mən əminəm ki, o məbləğin çox hissəsi onun aparaturasının daşınmasına getmişdi. Çünki o, əsl ulduzdur və stadionda kütlənin qabağında canlı oxumalı idi. O, ifasını əldəqayırma aparatura ilə edə bilməzdi və gəldiyi pulun müqabilində fanoqram oxumağı da özünə sığışdırmadı. Bunları etməklə bizim illərdir yerli ifaçılar tərəfindən fanoqramla aldadılan izləyicilərimizə də hörmət nümayiş etdirdi".
Əli Mirəliyevin sözlərinə görə özünə hörmət edən izləyici məclisinə gələn ifaçılardan canlı ifa tələb etməlidir:
"Toyunda iki saatlıq ifa üçün 15 min pul ödəyib əvəzində fanoqrama əl qaldırıb oynayan insan özünə və məclisinə hörmət qoymursa, Damla ona niyə hörmət qoymalıdır ki?
İfaçını səsinə görə dəvət edirlər ki, puluna minnət onun canlı ifasından zövq alsınlar. İndi camaatımız iki saatlıq Üzeyiri gətirir ki, onunla bir- iki şəkil çəkdirsin. Qonaqlar da desin ki, filankəsin qızının toyunda Damla oxudu. Halbuki toylarında heç 15 dəqiqə nə Damlanı, nə də Nuranı canlı eşidə bilmirlər.
"Ulduzlar" da bundan istifadə edərək səslərini internet və müasir səs artırıcıların gücü ilə artırıb mahnı yazdrırlar. Biraz hacıların hesabına o mahnının yaxşı reklamını aparır, sonra da toylarda, konsertlərdə fanoqramı qoşub yaxşı pullar qazanırlar. Halbuki Sovet vaxtı mənə, rəhmətlik Hüseynağa və Gülağaya toyda pulu canlı ifamıza görə verirdilər. Mən o zaman səs yazısıyla toya getsəydim, yəqin ki, məni o toyda döyüb qovardılar. Əsas məsələ o idi ki, məni toyuna dəvət edib pul ödəyən insanlar musiqi cəhətdən zövqlü idilər və əsl musiqinin nə demək olduğunu yaxşı anlayırdılar. Bunun müqabilində verdikləri hər qəpiyin haqqını tələb edərək toylarına dəvət etdikləri qonaqların da, musiqi zövqünü oxşamağa çalışırdılar".
Ölkəmizdə fonoqramın məşhurlaşmasında müğənni Əli Mirəliyev Mədəniyyət Nazirliyini də ittiham edib:
"Əgər ən azı dövlət tədbirlərində canlı ifa qayda kimi qoyulsa, müğənnilərdəki məsuliyyət hissi də artar. Mədəniyyət Nazirliyi də bu ifaçıların oxuya bilmədiyinin fərqindədir, amma buna baxmayaraq onlara "Əməkdar" və "Xalq artisti" adları verir. Belə sənətə dəxlisiz adamlara fəxri adların verilməsi isə sənətə qarşı hörmətsizlikdir. Həmişə problemləri səsləndirdiyim üçün nazirlik mənim kimi vaxtilə Bakı toylarında, eləcə də səhnələrdə can qoymuş ifaçını görməzdən gəlir. Mədəniyyət Nazirliyi özünü elə aparır ki, guya məni tanımır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü - (Video)
-
Türkiyənin məşhur aktyorlarının gənclik görüntüləri gündəm oldu – İllər onları necə dəyişib? - (Foto)
-
"Komedixana"nın aktrisasının 10 il əvvəlki görünüşü – (Foto)
-
Daha bir məşhur türk serialı final edir
XƏBƏR LENTİ
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - (Foto/Video)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - (Foto/Video)
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb





