Şou-biznes

"ATV"nin məşhur aparıcıları 20 il sonra bir arada - FOTO

1 Avqust 2022 17:45
2 Şərh     Baxış: 3 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Vüsalə Kərimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, şəxsi instaqram hesabında bir zamanlar çalışdığı "ATV" kanalındakı həmkarları ilə görünütlərini paylaşıb.

Vüsalə məşhur aparıcılarla çəkilən fotolarına bu sözləri əlavə edib:

"2002-ci ildən ATV-nin "Son Xəbər" informasiya proqramından tanıdığım ən dəyərlilərim, dostlarım, peşəkarlarım. Sizi çox sevirəm. Doğmalarımsınız. Hər biriniz ayrı-ayrılıqda televiziya təməli olacaq qədər peşəkarsınız. Bu gün hər birimiz  başqa yerlərdə çalışsaq da, illər sonra bu gün bir araya gəldiyimiz kimi, bir qalxarsaq ölkənin xəbər prioritetini dəyişəcək gücdəyik. Yaxşı ki, varımsınız".

Tanınmış aparıcılar arasında Vüsalə Kərimova ilə yanaşı, Samirə Mustafayeva, Sənan Şəfizadə, Ceyhun Səfər, Günel Bəhramqızı, Günay Yelmarqızı və digərləri olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.