Şou-biznes

"O mesajı görəndə şok oldum"

30 İyul 2022 14:34
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O qədər sevgi mesajları yazırlar ki... Təkcə eşq mesajı göndərsələr dərd yarıdır. Əksəriyyəti çox sevimli olur. Bəziləri amma şok edən mesaj yazırlar. Baxıram şok oluram, deyirəm, bunu da yazdılar?".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Avroviziya təmsilçimiz Nadir Rüstəmli "Səhər mərkəzi" proqramında deyib. Müğənni ona instaqramda yazılan sevgi mesajlarından danışıb. O bildirib ki, bəzi mesajlar onu şok edir. 

Sosial şəbəkədə yazılan tənqidlərdən danışan Nadir "İzləyicilərin yazdığı fikirlərə önəm verirəm. Amma təhqiri başa düşmürəm. Əgər bəyənmirsənsə, niyə incəsənət adamını həvəsdən salırsan? Mən özüm nəyisə bəyənmirəmsə, baxıb keçirəm. Bəyənməmə işarəsi belə qoymuram" sözlərini əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.