Şou-biznes

"Toyda 15 dəqiqə fonoqram oxuyan bizdən daha çox qonorar alır" - VİDEO

27 İyul 2022 19:00
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hamımız toylardan dolanırıq. Həm alqış, həm də pul baxımından görürsən ki, çox yaxşı çıxış etdin, amma dəyəri, qədir-qiyməti olmadı. Əsasən pul cəhətdən". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Söz xiridarının sözlərinə görə, el şənliklərində fonoqram oxuyan müğənnilər meyxanaçılardan qat-qat çox qonorar alır.  

"Çıxışa qulaq asıb alqışı tanıyan da edir, tanımıyan da. Görürsən ki, dağı-dağ üstünə qoymusan, səhərdən burdayıq, əlləşib-vuruşmuşuq amma toyda 15 dəqiqə fonoqram oxuyan daha böyük qonorar alır. Heç o bizim qədər əziyyət çəkmir. Belə şeylər adamı əsəbləşdirir, mikrofonu qoyursan yerə"- deyə, V.Əbdülov bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.