Şou-biznes

ATV-nin keçmiş rəhbərinin qızı nişanından FOTOLAR paylaşdı

19 İyul 2022 13:30
1 Şərh     Baxış: 25 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, iyunun 27-si ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında məşhur proqramçı Tural Bədirxanlı ilə nişandan çəkilən fotolarını paylaşıb.

Xatırladaq ki, Gültəkin ilə Tural cütlüyünün nişan mərasimi paytaxtın lüks restoranlarının birində baş tutub.

Amerikada yaşayan Gültəkin Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır. Tural Bədirxanlı isə 1984-cü ildə Quba şəhərində dünyaya gəlib. Quba Türk Liseyini bitirib, sonra Boğaziçi Universitetinin Fizika fakültəsində təhsil alıb.  

O, ikinci kursda oxuyan zaman Massaçusets Texnologiya İnstitutuna qəbul olub. Bir müddətdən sonra "Google" şirkətində işə düzəlib. 2013-cü ildə "Namo Media" adlı şirkətin həmtəsisçilərindən biri olub.  

2014-cü ildə "Twitter" şirkəti "Namo Media" şirkətini 50 milyon dollara satın alıb. Həmçinin, Tural Bədirxanlı sözügedən platformada pay sahibi olub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.