Əməkdar artist Sevda Ələkbərzadədən yeni xəbər var.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni Türkiyədən maraqlı təklif aldığını açıqlayıb. O bildirib ki, təklif çərçivəsində hazırlanan albomu sentyabrda işıq üzü görəcək:
"Sənətimi sevənlər üçün düşünürəm ki, bu, gözəl xəbərdir. Sentyabrda yeni albom çıxacaq. Türkiyənin məşhur, peşəkar və keyfiyyətli caz qrupundan təklif aldım. Albom yazdırdıq. Maraqlı işdir. Türrk, Azərbaycan və ümumiyyətlə dünya etnik caz musiqisinin sintezindən ibarət bir albomdur. Hələ ad açıqlamıram. Özünüz üçün yeni musiqiçilər kəşf edəcəksiniz, necə ki, mən etdim".
Milli.Az