Şou-biznes

Tarixin indiyə qədər çəkilmiş ən qarışıq filmi - VİDEO - FOTO

17 İyun 2022 01:22
0 Şərh     Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kristofer Nolanın "Tenet" filmi indiyə qədər çəkilmiş ən qarışıq kinodur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Letterboxd" portalı tərəfindən aparılan araşdırma zamanı məlum olub.

Bildirilir ki, britaniyalı vizyonerin son blokbasteri kinematoqrafın ən çətin lenti hesab olunur.

Qeyd edk ki, Böyük Britaniya və ABŞ-ın birgə istehsal olan elmi-fantastik triller filmində əsas rollarda Con David Vaşinqton, Robert Pattinson, Elizabet Debiki, Dimpl Kapadiya, Maykl Keyn və Kennet Brana oynayıb. Filmin qəhrəmanı bəşəriyyətin sağ qalmasını təmin etmək üçün vaxtı idarə etməyi öyrənməli olan gizli agentdir.

Çəkilişlər 2019-cu ilin mayında başlayıb və yeddi ölkədə (Danimarka, Estoniya, Hindistan, İtaliya, Norveç, Böyük Britaniya və ABŞ) aparılıb.

COVID-19 pandemiyası səbəbindən premyera tarixi üç dəfə təxirə salınıb. "Warner Bros. Pictures" filmi beynəlxalq miqyasda 2020-ci ilin avqustun 26-da və ABŞ-da isə həmin ilin sentyabrın 3-də nümayiş edilib, beləliklə də, pandemiya məhdudiyyətlərindən sonra kinoteatrlarda çıxan ilk Hollivud blokbasteri oldu.

"Tenet" qlobal kassada 363,6 milyon dollar gəlir əldə etməklə də 2020-ci ilin ən çox gəlir gətirən dördüncü filmi hesab edilir.

Tenet tənqidçilərdən əsasən müsbət rəylər alıb, onlar aktyor oyunu, operator işi, soundtrek, montaj, geyim və rejissorluğu yüksək qiymətləndiriblər. Buna baxmayaraq, bəziləri filmi mürəkkəb süjeti, laqeyd hekayə tonunu və səs montajını tənqid edib.

Film ən yaxşı vizual effektlərə görə "BAFTA" və "Oskar" mükafatı laureatı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.