Şou-biznes

"Həyat yoldaşım yatan kimi telefonuna girirdim"

1 İyun 2022 20:07
1 Şərh     Baxış: 2 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyat yoldaşımı hədsiz çox sevirdim. Özümü atmışdım ikinci plana. Həmin ərəfədə efirə də çıxmadım ki, insanlar görməsin. Depressiyada idim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbər-ətər" proqramında deyib. Həyat yoldaşı Elçin Məmmədovdan danışan ifaçı onu qısqandığını, hətta buna görə psixoloq yanına getdiyini açıqlayıb:

"Həyat yoldaşım yatırdı, gedirdim telefonuna girirdim. Psixoloq yanına getdim. Amma xanımlara deyirəm ki, qısqanmayın. Axtarsanız nəsə tapacaqsınız. Öz və onun həyatını məhv etməyin. Psixoloqa dedim ki, bu problemlər var, yaşaya bilmirəm: düşünürəm ki, nə edir, haradadır. Başa saldı ki, özgüvənsizlikdəndir. Hətta onun telefonuna proqram da yükləmişdim ki, güdüm".

Qeyd edək ki, Elçin və Xuraman cütlüyünün dörd övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.