Şou-biznes

Naomi Kempbel yeni sevgilisi ilə görüntüləndi - FOTO

31 May 2022 09:45
0 Şərh     Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

52 yaşlı model Naomi Kempbell Monakoda keçirilən Formula 1 Qran Prisi zamanı iş adamı Ernesto Bertarelli ilə qol-qola görüntülənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 56 yaşlı Bertarellinin sərvəti 8,9 milyard dollardır. Bir il əvvəl o, keçmiş Böyük Britaniya gözəlii Kirsti Bertarelli ilə boşanıb. Müxtəlif media orqanlarının məlumatına görə, ayrıldıqdan sonra xanım 350 milyon funt sterlinqdən çox pul alıb. Bu, onu İngiltərənin ən zəngin boşanmış qadını edib.

Ernesto Bertarelli sonra bacısı ilə birlikdə dünyanın ən böyük biotexnoloji şirkəti olan "Serono"nu miras olaraq əldə edib və 2007-ci ildə onu sataraq 13 milyard dollar qazanıb.

Milyarder Bertarelli Fondunun həmsədri olmaqla dəniz mühitinin mühafizəsi ilə də məşğuldur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.