Şou-biznes

Rusiyalı aparıcı axtarışa verildi

4 May 2022 22:05
1 Şərh     Baxış: 1 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı jurnalist, televiziya aparıcısı Aleksandr Nevzorov ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, martda Nevzorova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, o, martın 9-da instaqram və martın 19-da isə yutub hesabında Mariupolda doğum evinin Rusiya hərbçiləri tərəfindən qəsdən atəşə tutulması barədə yalan məlumat yayıb. Nəşrlərdəki görüntülərin mənbəsi Ukrayna mediası olub.

İstintaq Komitəsi hazırda Nevzorovun harada olduğunu müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.

Həmçinin, apreldə ölkənin Ədliyyə Nazirliyi jurnalisti xarici agentlər siyahısına əlavə edib. Bundan əvvəl isə Nevzorov Ukraynada baş verənləri pisləyərək Rusiyanı tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.