Reper Dado efirə çıxmaq üçün qonorar istəyir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Şourum" proqramında deyib. O bildirib ki, efirə dəvət alanda min manat qonorar istəyib:
"Mən 10,15 min istəməmişəm. Cibxərcliyi istəmişəm: min manat. Repçilərin qazancı çox deyil. Özümü ulduz hesab etmirəm ki, yüksək qonorar istəyim".
Dado telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün pul istəyən digər sənət adamlarına da münasibət bildirib:
"Sən nə reytin verirsən, nə işlərin var? istəməyinə istə, kimdir o pulu verən? İş görü, desinlər gündəmdədir. Onda həmin adamın pul istəməyə haqqı var".
Milli.Az