Şou-biznes

“Görək, türk gənclər bu diksiyanı necə qavrayacaq?”

27 Aprel 2022 20:06
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox zövqlü, günə cavab verən, çox romantik qızdır. Onun özünəməxsus dili, tərzi var. Ümid edirəm ki, bunu uzun zaman saxlaya biləcək".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "7 Özəl" verilişində gənc müğənni Hiss haqda söyləyib.

Sənətçi gənc ifaçıların sıralamısını təyin edərkən Hiss barədə bunları deyib:

"Belə janr gənclər üçün çox maraqlıdır, aktualdır. O da belə janrın parlaq simalarından biridirsə, bunu daha ciddi qəbul etsin. Potensialı var, diksiyası gözəldir. Yaxşı melodiya hissi var. Görək, türk gənclər bu diksiyanı necə qavrayacaq? Türklərin hip-hoperlərinə qulaq asanda görərik ki, ləhcə başqadır. Hiss qəbul oluna da, olunmaya da bilər. Qəbul olunmasa da, bunu özünə faciə eləməsin. Dilimiz qulaqlara çata da, çatmaya da bilər. Onu vətənində sevənlər var. Təki komandası yaxşı olsun, artist tək başına artist olmur. Klipini türklər çəkib, çox xoşuma gəldi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.