"Dəlilər" filminin aktyoru Robert Mors vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, amerikalı aktyor Los-Ancelesdə 90 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb aprelin 20-də keçirdiyi qısa çəkən xəstəlik olduğu bildirilib.
Qeyd edək ki, Mors ilk dəfə 1961-ci ildə "Heç bir şey etmədən biznesdə necə uğur qazanmalı" filmində göründükdən sonra şöhrət qazanıb. O, "Toni" və "Emmi" mükafatlarına layiq görülüb.
Milli.Az