Şou-biznes

Aysel "Location" klubun sahiblərini məhkəməyə verir - VİDEO

20 Aprel 2022 19:54
5 Şərh     Baxış: 2 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bloger Aysel Şükürova partlayışın baş verdiyi "Location" gecə klubunun sahiblərini məhkəməyə verəcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda instaqramda canlı yayımda danışıb. Aysel bildirib ki, xəstəxana xərclərini özü ödəyib:

"Xəstəxanaya 8 mindən çox pul ödədik. Anam onlarla danışıb, amma heç kim qabağa durmadı, veclərinə də olmadı. Heç nəyi qarşılamadılar. Vəkillə danışdıq, biz də ərizə yazmışıq. Maddi bir yana, mənəvi dəyən ziyan heç vaxt unudulmayacaq. Gözümü yuman kimi partlayış, üstümdən insanların keçməsini görürəm".

Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.