Şou-biznes

Tanınmış aktyor beşinci övladının anası ilə evləndi

20 Aprel 2022 16:18
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Evan Makqreqor beşinci övladının anası, aktrisa Meri Elizabet Uinstedla evlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Qərb mətbuatının yazdığı məlumata görə, nikah gizli baş tutub.

Qeyd edək ki, Makqreqor və Meri 2016-cı ildə "Farqo" filminin çəkiliş meydançasında tanış olublar və 2017-ci ildə görüşməyə başlayıblar. Bu münasibətdən sonra hər ikisinin evliliyi boşanma ilə nəticələnib - Meri 7 illik həyat yoldaşı Rayli Stirnsdən, Makqreqor isə 20 ildən çox birlikdə olduğu xanımı Eva Mavrakisdən ayrılıb. 

Ötən il cütlüyün oğlu dünyaya gəlib. Makqreqorun bundan başqa Klara, Ester, Camiyan və Anouk (son ikisi övladlıq götürülüb) adlı övladları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.