Şou-biznes

Xalq artistimizin xanımından gözlənilməz addım

18 Aprel 2022 13:36
0 Şərh     Baxış: 2 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəni ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebko yaradıcılığında yaranan müvəqqəti fasilənin başa çatdığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb. İfaçı bunun onun üçün gözlənilməz olduğunu bildirib.

"Beləliklə özəl səyahətimi yarımçıq qoyaraq gözlənilmədən işə qayıdıram. Gözəl Misirlə ayrıldığım üçün çox təəssüflənsəm də, normal həyata doğru bu addımı atmalıyıq. Ürəyimin bir hissəsi əbədi olaraq burada qalacaq və yenidən buraya qayıdacağam".

O, ilk çıxışının nə vaxt və harada keçiriləcəyini bildirməyib.

Xatırladaq ki, daha əvvəl Annanın Mariinski teatrının may və iyulda keçiriləcək "Ağ gecələrin ulduzları" festivalında çıxışı olacağı deyilirdi.

Qeyd edək ki, o, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu. O, fikrini bildirdikdən sonra isə "Novosibirsk Opera Teatrı" onunla əməkdaşlığı dayandırmışdı. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. Bir neçə gün əvvəl Bakıda, daha sonra isə Dubayda olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.