Eşq yaşadıqları iddia olunan türkiyəli aktrisa Melisa Şenolsunla aktyor Ekin Mərt Daymaz ötən gecə birlikdə görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, münasibətləri ilə bağlı çıxan məlumatları inkar edən cütlük Cihangirdə gecə gec saatlara qədər birlikdə səmimi şəkildə vaxt keçirib. Obyektivlərə tuş gələn ikili narahat olub və münasibətləri ilə bağlı sualları yenidən inkar edərək cavablayıb.
Qeyd edək ki, Melisa bir müddət öncə iş adamı Umut Evirganla eşq yaşayırdı. Ekin bu münasibətə qədər Hande Erçel, Melisa Döngel və Eliz Sakuçoğlu kimi adlarla sevgili olub.
Milli.Az