Şou-biznes

“Afaq Gəncəlidən artıqsınız ki?!” - VİDEO

30 Mart 2022 17:18
2 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser Mədinə Məlik aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlovanı tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Tarixin bir günü" verilişində qonaq olan prodüser hər iki aparıcını ona qarşı hörmətsizlik etməkdə qınayıb:

"Çox göylə getməyin, yerdə gəzin. 20 ildir şou-biznesdəyəm. İllərlə tanıdığım bir aparıcı o vaxt balaca bir uşaq idi. Sən görürsən ki, Mədinə yığır, illərdir tanıyırsan məni. Köməkçisi açır. Mən səni 50 dəfə maşınıma mindirib evinə gecə 2-də, 3-də sürən adamam.

Afaq Gəncəlidən artıq olacaqsınız?! Afaq Gəncəlinin illər öncə avtomobil haqda verilişi var idi, təməlini onda qoyub. Mən Afaqı yığıram, deyir, can. Vüsalə Əlizadə xanımın köməkçisi götürür. Görünür, onun vaxtı yoxdur. Zümrüd Bədəlova məni lap öldürdü. Deyirəm ki, Zyuma, dostuq... Dedi ki, Zyuma?, Zümrüd xanım. Biraz sadə olun. Ən azından bir-birimizin arasında".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.