Şou-biznes

Müharibədən sonra Zelenskinin filmi rekord qırdı

12 Mart 2022 14:42
0 Şərh     Baxış: 1 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətə gəlməmişdən əvvəl baş rolda oynadığı "Xalqın xidmətçisi" serialı bir həftə ərzində 15 ölkəyə satılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işinin müəllif hüquqlarına sahib olan İsveç yayım şirkəti 20 ölkə ilə danışıqlar apardıqlarını açıqlayıb.

Bu barədə "Eccho Rights" adlı agentliyin ortaqlarından olan Nicola Soderlund məlumat verib. 

Sözügedən layihə 2015 - 2019-cu illərdə yayımlanıb.

Qeyd edək ki, Zelenski serialda tarix müəllimi Vasiliy Qoloborodkonu canlandırırdı və o, verdiyi açıqlamalarla xalqın səsini toplayaraq dövlət başçısı seçilib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.