Şou-biznes

Gəlini ilə TikTok-da videolar paylaşan aktrisa tənqid edildi - VİDEO

11 Mart 2022 18:36
2 Şərh     Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Nəzakət Məmmədova gəlini ilə birlikdə TikTok-da yayımlanan videolarına görə tənqid edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında danışılıb. Aparıcı Elgiz Əkbər proqramda qonaq olan aktrisaya "Deyirlər ki, gəlin-qayınana TikTok-da oyun çıxardırsınız" sözlərini söyləyib.

N.Məmmədova "Ədəbsiz, kimisə qıcıqlandıran nəsə etmirik. Çalışırıq etik normalar çərçivəsində nələrsə çəkib insanlarıs evindirək. Gəlinlə qayınana adətən bir-birin qırır, saçın yolur. Biz fərqlilik edirik. Heç pul qazanmağı düşünmürəm. İncəsənət ailəsiyik, bizə maraqlıdır. Heç kimin fikri də önəmli deyil" cavabını verib.

Proqramda yer alan vəkil Şəfiqə Nağıyeva ilə aktrisa arasında mübahisə düşüb. 

Ş.Nağıyeva "Xalqın fikri önəmli deyil? Sizə bunu yaraşdırmadım. Gözəl gəlininiz, yaxşı oğlunuz var. Amma gəlini elə şeyə qoymağı yaraşdırmadım" sözlərini söyləyib.

N.Məmmədova "Öz fikrinizdir. Biz qırğın etmirik... Sizin öz, bizim öz həyat tərzimiz var. Sizin fikriniz mənim üçün önəmsizdir. Böyük aftoritet deyilsiniz ki, fikriniz də mənə maraqlı olsun" deyə, Şəfiqə Nağıyevaya cavab verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.