Xalq artisti Faiq Ağayev bahalı üzük kolleksiyasından danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan müğənni bu haqda sualları cavablandırıb.
Ağayev "Deyirlər, Faiq Ağayevin bahalı üzük kolleksiyası var" sualına belə cavab verib:
"Hamısı da hədiyyədir. Bir dənə ziynət əşyası almamışam. 33 ildir səhnədəym, hədiyyə edilib. Sayını bilmirəm. Aksessuar deyillər, xalis brilyantdır. Ziynət əşyalarını sevsəydim özüm alardım. Artistəm, üzərimdə alışıb-yanan nəsə olmalıdır".
Milli.Az