Şou-biznes

"Ərim məni döydü, dedim, əllərinə qurban olum" - azərbaycanlı şairə

10 Mart 2022 09:18
3 Şərh     Baxış: 3 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış şairə Cığatel İsaqızı "Onun sirri" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şairə proqramda şəxsi həyatından danışıb. Cığatel İsaqızı həyat yoldaşının ona xəyanət etdiyini və şiddətə məruz qaldığını etiraf edib:

"Bir xəstəliyim var. Məni vur, öldür, xəyanət et, başıma yüz oyun aç, amma sözün düzünü danış. Düz danışan adam üçün ölümə gedərəm. Həyat yoldaşım da xasiyyətimə bələd idi, çünki əvvəldən demişdim ki, nəbadə aramızda belə bir şey olmasın. Xəyanəti bağışlaya bilirəm, ancaq yalanı yox. Xəyanətini özü mənə etiraf etdi. 

Ömrümdə bir dəfə idi, həyat yoldaşıma özümü yaxşıca döydürdüm. Elə gözəl döydü ki... Məni qəşəngcə sillələdi, sanki o qısqanclıqdan azad oldum. Vururdu, qarşısında durmuşdum, tərpənmirdim. Sonra dedim ki, əllərinə qurban olum. Nə gözəl etdin, təşəkkür edirəm. Elə bildi ki, dəli olmuşam, məni silkələldi. Dedim qorxma, dəli olmamışam. Yəqin ki, sevgidən azad oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.