Şou-biznes

Putinin dostu olan Hollivud ulduzu danışdı

3 Mart 2022 04:22
1 Şərh     Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, Hollivud ulduzu Stiven Siqal də savaşla bağlı açıqlama verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki,o, həm Ukrayna, həm də Rusiya tərəfini öz ailəsi kimi sevdiyini söyləyib.

"Çoxumuzun Ukraynada ailə üzvlərimiz və sevdiyimizi dostlarımız var. Hər iki tərəfi də ailəm kimi sevirəm. İki ölkənin bir-birinə düşmən olmasının arxasında başqaları tərəfindən ödənilən pullar və bunun sayəsində hazırlanan təxribatlar var. Dua edirəm ki, iki ölkə də sülh içində yaşayıb, inkişaf etsin. Sülh üçün bu problemin həllini tapsınlar ".

Bu paylaşımdan sonra Steven Rusiyanın Ukrayna apardığı hərbi əməliyyatları qınamadığı üçün tənqid olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.