"Metropoliten-opera" musiqili teatrından sonra Milan opera teatrı "La Scala" rus sənətçilərlə əməkdaşlığı dayandırıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, italiya mətbuatının məlumatına görə, Rusiyanın Xalq artisti Anna Netrebko 9, 12, 16 və 19-da keçiriləcək tamaşalarda iştirak etməyəcək. O, həyat yoldaşı Yusif Eyvazov (Xalq artisti) kimi məşqlərə çıxmayıb. Eyni zamanda, media teatrdakı mənbələrin Annanın səhhətinə görə məşqlərdə iştirak edə bilmədiyini və cərimə ödəməli olduğunu yazıb.
Anna sözü gedən xəbəri sosial media hesabında paylaşaraq məlumatı təkzib edib:
"Mən sağlamam, amma gəlməyəcəyəm".
Həmçinin teatr "Пиковая дама" operasına dirijorluq etməyəcək rusiyalı dirijor Valeri Gergiyevin yerinə əvəzedici axtarır.
Qeyd edək ki, "Metropoliten-opera"sı V.Gergiyevlə əməkdaşlığı dayandırıb. Bundan əlavə, dirijor Münhen Filarmonik Orkestrinin bədii rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Milli.Az