Türkiyəli müğənni Hadisə ona sosial şəbəkədə xoşagəlməz ifadələr yazan Ümid.S adlı izləyicisindən şikayətçi olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin şəxsin onu daim izlədiyini və "qorxma səni heç kimə yar etməyəcəyəm, sən tək eşqimsən" kimi ismarıclar yazdığını bildirib.
Hadisənin vəkilləri Ümidin 6 il 6 ay həbs olunmasını tələb ediblər. Hakim isə həmin şəxsə 3 min 300 lirə pul cəzası verib.
Milli.Az