Şou-biznes

Nigarla Eldarın başına iş gəldi

19 Fevral 2022 11:48
3 Şərh     Baxış: 6 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avroviziya müsabiqəsinin seçim turu üçün Polşaya yollanan Nigar Camal və Eldar Qasımovun başına iş gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, hava şəraitinin pisləşməsi və güclü küləyin başlaması onların işinə maneə törədib. Bu barədə Nigar İnstaqramda yazıb:

"Varşavada dəhşətli külək var, dağıdır aləmi. Deyirlər ki, uçuşlar ləğv olunacaq. Bizə dedilər küçəyə də çıxmaq olmaz. Heyif deyil mədəni, mərifətli Bakı küləyi".

Qeyd edək ki, Polşanın milli seçim turu "Tu bije serce Europy" bu axşam keçiriləcək.

Gecədə Eldar və Nigarla yanaşı tanınmış digər Avroviziya simaları Viki Qabor, Sara Ceyms, Rafal, Yustina Steçkovska, Blu Kafi, Kaşya Moş da iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.