Şou-biznes

"Allahdan möhlət istəyirəm ki, körpəmi böyüdüm" - "Toppuş bacı"

18 Fevral 2022 18:48
1 Şərh     Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Xəbər-ətər" proqramında deyib. Xərçəngdən əziyyət çəkən aktrisa övladından danışıb:

"Allah nə veribsə,  şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm. Həyat yoldaşıma deyirəm ki, görəsən məni sevməyən var? O da deyir ki, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.