Şou-biznes

"Ad günümü morqda qeyd etmişdim"

14 Fevral 2022 20:06
2 Şərh     Baxış: 1 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yarqı" serialında "Pars" obrazına həyat verən aktyor Mehmet Yılmaz Akın 36 yaşı tamam olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor müxbirlərə açıqlamasında ən yaddaqalan doğum günü xatirəsindən söz açıb. O, bir dəfə yaşını morqda qeyd etdiyini bildirib:

"36 yaşım tamam oldu. Yeni yaşım üçün həyəcanlıyam. Bir dəfə ad günümü morqda qeyd etmişdim. Həmin gün film çəkilişlərinə təsadüf edirdi. Çəkiliş isə morqda olacaqdı. Çəkim bitdikdən sonra heyyət içəri tortla daxil oldu və məni təbrik etdilər. Özümü çox qəribə hiss etmişdim. O gündən sonra düşündüm ki, fani dünyaya çox da əhəmiyyət vermək lazım deyil. Yeni yaşın olur, amma bax, morqdasan".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.