Aktrisa Zarina Qurbanova və aktyor Mehdi Sadiqin baş rol aldığı "Adəm və Həvva" serialının çəkiliş meydançasında gözlənilməz hadisə baş verib.
Milli.Az olay-a istindən xəbər verir ki, gənc aktyor Ceyhun Səfərəliyev M. Sadiqlə səhnəsi zamanı bilməyərəkdən həmkarına sərt zərbə endirib.
Hadisə zamanı burnundan ağır yaralanan Mehdiyə ilkin müdaxilə olunub.
Həmin anlar serial heyəti tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Milli.Az