Şou-biznes

CeyLo çəkildiyi filmin premyerasına sevgilisi ilə gəldi - FOTO

10 Fevral 2022 12:36
0 Şərh     Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Los-Ancelesdə "Marry me!" (Mənimlə evlən) filminin təqdimatı keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecəyə ekran işinin baş rol ifaçısı pop-ulduz Cennifer Lopes də qatılıb. O, təqdimata aktyor sevgilisi Ben Affleklə gəlib.

Lopes premyera üçün xüsusi libas seçib - "Giambattista Valli" moda evinin kolleksiyasından əsl gəlinlik. Bahalı krujevadan ibarət mini-libası o, "Jimmy Choo"dan zərif tufli və güllü klatçla tamamlayıb.

Ben isə gecəyə smokinqdə qatılıb. Cütlük əsl ər-arvad kimi görünürdü.

Bu yaxınlarda "People" jurnalına müsahibə verən Lopes etiraf edib ki, Affleklə toy etməyi planlaşdırmır. Müğənni deyib ki, hər ikisinin ilk evliliyi uğursuz olub, ona görə indi hadisələri tələsdirmir və sadəcə andan zövq alırlar.  

Qeyd edək ki, filmdə Cennifer, demək olar, özünü - musiqiçi ərinin ona xəyanət etdiyini öyrənən pop-ulduzu oynayır. İntiqam almaq üçün Lopesin qəhrəmanı ilk rastına çıxan oğlana ərə getməyə qərar gəlir. Həmin oğlanı aktyor Ouen Uilson canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.