Şou-biznes

Zülfiyyə Xanbabayeva niyə ağ və qara geyinir? - VİDEO

8 Fevral 2022 16:48
1 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Özlərinin istedadı varsa, onlara dəstək lazım deyil. Dəstək vacib deyil. Özü haradansa, harasa vuracaq və çıxacaq. Bizim çox istedadlı gənclərimiz var".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Deməsəm olmaz" proqramında deyib. Müğənni gənclərə dəstəkdən danışıb.

Xanbabayeva estradanın hazırki vəziyyətindən gileylənib:

"Düşünürəm ki, hələ estradamız... Ümid edirəm ki, yaxşılığa doğru gedər. Pozitivə köklənək.

Rəqabət olan yerdə söz-söhbət ola bilər. Bu da gəlib ifrat dərəcəyə çıxır. Amma sağlam rəqabət aparıb, bir-birinə işiylə cavab verəndə, yaxşı olur. Yoxsa o deyir, bu deyir... Bunu çoxdandır qulaqlarım eşitmir".

Müğənni hər zaman ağ və qara geyimlərə üstünlük verməsi haqda suala isə "Həyatın zolağıdır: ağ və qara. Üçüncü var? Ya ağla, ya qara ilə gedirsən, qırmızı ilə getmirsən ki..." cavabını verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.