Şou-biznes

"Toppuş bacı"nın son halı - VİDEO

31 Yanvar 2022 04:35
3 Şərh     Baxış: 2 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva yeni görüntüsünü sosial şəbəkədə yayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyalardan sonra saçı tökülüb.

İnstaqramda canlı yayım açaraq izləyiciləri ilə söhbətləşən "Toppuş bacı" hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.