Birgə çalışmaq istəmədiyi bacısı ona görə milyonlar itirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Canet Cekson yeni "Janet Jackson" adlı sənədli filmində mərhum qardaşı, pop ulduz Maykl Ceksonla bağlı xatirələrindən söz açıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı artıq çəkisinə görə qardaşı tərəfindən necə lağa qoyulduğunu və ona xoşagəlməz ləqəblər tapdığını açıqlayıb.
Buna baxmayaraq o, uşaqlıqda qardaşı ilə çox yaxın olduqlarını, gənclik dövründə isə istehzalı sözlərinə dözməli olduğunu bildirib. "Maykl bacısının artıqçəkili olduğuna görə ona gülür və Caneti madyan, donuz adlandırırdı. Həmin vaxtlar çəki atmağa çalışan Canet üçün bu sözlər çox ağrılı olub" deyə, yazıda bildirilib..
Sonradan onların münasibəti soyumağa başlayıb. Canet etiraf edib ki, Maykl populyarlıq qazanan kimi ondan uzaqlaşmağa, tədricən isə ümumiyyətlə, ünsiyyət saxlamamağa başlayıb. Soyuq münasibətə rəğmən, onlar bərabər çalışmalı olurdu. Canet xatırlayır ki, "Scream" klipinin çəkilişləri zamanı onlar növbə ilə çalışıb. Maykl çəkiliş zamanı bacısının meydançaya buraxılmamasını tələb edirmiş.
Münasibətlərin bitməsinə baxmayaraq, Canet qardaşının reputasiyasından zərər çəkib. 1993-cü ildə Maykl Cekson ilk dəfə pedofillikdə ittiham ediləndə Canet ona dəstək olmağa çalışsa da, bunun əvəzini öz reklam müqavilələri ilə ödəməli olub. Belə ki, o, məşhur şirkətlərdən biri ilə müqavilə bağlamaq istəsə də, qardaşı ətrafında yaranan qalmaqala görə onunla çalışmaqdan imtina ediblər.
"Mən çox üzülmüşdüm. Hərəmizin öz həyatı var. Əlbəttə, o mənim qardaşımdır, lakin bu məsələnin mənə heç bir aidiyyəti yox idi" - deyə, Canet əlavə edib.
Maykl Cekson hamısını inkar etsə də, ömrünün son günlərinədək pedofillikdə ittiham olunub. O, 2009-cu ildə 50 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, pop-ulduza qarşı son ittihamlar ölümündən sonra, 2019-cu ildə irəli sürülüb. "Leaving Neverland" sənədli filmi Sundance Film Festivalında təqdim olunub. Orada iki kişi uşaqlıqda musiqiçinin Neverlanddakı malikanəsini ziyarət etdiklərini və orada Maykl tərəfindən təcavüzə məruz qaldıqlarını iddia ediblər. Sənədli film böyük ictimai rezonansa və mediada geniş reaksiyaya səbəb olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
XƏBƏR LENTİ
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Ağdamda Ata və azyaşlı övladı öldü
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)





