Şou-biznes

"Müğənni idim deyə, elçilər üstümdə dava edirdi" - Könül Kərimova

19 Yanvar 2022 18:00
3 Şərh     Baxış: 1 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Subay vaxtımda elçilər üstümdə dava idi. Deyirdilər ki, efirə çıxır, yaxşı qızdır. O qədər elçi gələn olurdu ki...".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Tarixin bir günü" proqramında deyib. Müğənni ifaçı olduğu üçün onunla evlənmək istəyənlərin çox olmasından bəhs edib:

"Bacım gözəl idi. Amma mən qara qız olmuşam, üfürsən yıxılardım. Amma müğənni idim deyə, üstümdə dava idi. Sonda da xalam oğluna ərə getdim.

Sonradan Elnarə Abdullayeva çıxıb dedi ki, müğənni qız almazlar. Əslində bu sözü çəkdiyimiz əziyyətləri görüb deyirik. Belə deyirəm, amma bilmirəm, oğlum müğənni alsa nə edərəm. Mən deyən qız olsun, müğənni də olsa olar. Demişəm, 50-50-yə olsun. Yarı o seçsin, yarı mən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.