Şou-biznes

“Tünzalə və Brilliant jüri adına utancdır” rəyini bəyəndi

10 Yanvar 2022 16:36
3 Şərh     Baxış: 2 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial mediada gedən "Səs" yarışmasının müzakirəsinə Xalq artisti Faiq Ağayev də reaksiya verib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, müsabiqə AzTV-də yayımlanan zaman münsif kürsüsündə əyləşən sənətçi yarışma ilə bağlı yazılan rəylərə münasibət bildirib.

Belə ki, F.Ağayev "Facebook"da şəbəkə istifadəçilərindən birinin "İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır" rəyini bəyənməklə onunla eyni fikirdə olduğunu ifadə edib.

Qeyd edək ki, müğənni hər iki Xalq artisti Tünzalə Ağayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.