Şou-biznes

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı - FOTO

3 Yanvar 2022 16:15
0 Şərh     Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonedən Beverli Hillsdəki malikanəsini endirimlə alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Rembo" filmlərinin ulduzu evini ilkin dediyi dəyərə sata bilmədiyi üçün onun qiymətini demək olar ki, iki dəfə aşağı salmışdı.

Məlumata görə, aktyor ilk əvvəl daşınmaz əmlakına görə 81 milyon funt sterlinq istəyib, ancaq alıcı tapılmayıb. Ötən ilin mayında o, evin qiymətini 63 milyon funt sterlinqə endirdi, lakin bu da heç bir nəticə vermədi. Sonda o, malikanəni 42 milyon funt sterlinqə satdığını elan etdi.

Yeni qiymət məşhur ifaçını qane etdiyindən, o, malikanəni almaq qərarına gəlib.

Beləliklə, Adel London və Los-Ancelesdəki evlərinin də yer aldığı daşınmaz əmlak portfelini genişləndirib.

Qeyd edək ki, 33 yaşlı ifaçının əri Riç Paul ilə birlikdə sərvəti hazırda 140 milyon funt sterlinq qiymətləndirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.