Şou-biznes

Hülya Avşar böhrandan danışdı: Smit yeyərik!..

20 Dekabr 2021 15:00
2 Şərh     Baxış: 1 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lazım gəlsə, smit yeyəcəyik, amma bu günləri geridə qoyacağıq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli aktrisa, müğənni Hülva Avşar jurnalistin sualına cavabında deyib.

"İqtisadi böhranın hər kəs və hər təbəqəyə təsiri olur. Bu günlərə görə bir az fərqli həyat tərzi müəyyən etməyimiz gərəkdir. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Bu gündən belə smit yeyəcəyik? Lazım gəlsə, yeyərik. Bu günlər asanlıqla geridə qalacaq. Bir az bu işi fərdi olaraq həll etməliyik", - deyə sənətçi bildirib.

Qeyd edək ki, Türkiyədə lirənin dollar qarşısında kəskin dəyər itirməsindən sonra ölkədə xüsusən ərzaq malları və xidmət sahələrində bahalaşma nəzərə çarpır. Ekspertlər inflyasiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.