Şou-biznes

"25 ildir susmuşam" - Cavan Zeynallının xanımı

18 Dekabr 2021 00:33
0 Şərh     Baxış: 1 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"25 ildir həyat yoldaşımla bir yerdəyik. Hiss edirik ki, bir-birimizi sevməkdə səhv etməmişik. Övlad istəyirdik, olmadı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Günün sədası" proqramında deyib. Cazmen həyat yoldaşı Röya xanımdan danışıb.

Övladı olmayan ifaçı "Övladlığa uşaq götürmək istəmirsiz" sualına belə cavab verib:

"Bilmirəm, necə oldu, amma həyat belə davam edir. Adam bilmir neçə il yaşayacaq, bu suala cavab vermək çətindir".

C.Zeynallının xanımı Röya efirə zəng edərkən "Xanımlar səbrli olmalıdır. Harada səbr var, o ailədə xoşbəxtlik var. Cavan sənətkardır, onun hər halı olur. Mən 25 ildir sadəcə susmuşam. Ailə olub, onu saxlamaq lazımdırsa, susmaq lazımdır" sözlərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory