Şou-biznes

"Məni incidənlər atamdan üzr istəməlidir" - Rafael Dadaşovun qızı

15 Dekabr 2021 14:18
3 Şərh     Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox adam bu həyatda mənə yaxın durmadı, satdı. Kiminsə yoxluğundan da istifadə etdilər. Bu yaxınlarda İnstaqramda ismarış gəldi ki, "Biz səni satmamışıq, unutmamışıq". Dedim ki, mənim varlığımı yada salmaq üçün bu olmalı idi?".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Tam vaxtıdır" verilişində deyib. Müğənni ona can yandırmayanları artıq tanıdığını bildirib:

"Atamın tərbiyəsini almışam. Ona görə hər zaman güclü olmağı bacarmışam. Çox adam məni küsdürdü. Həmişə demişəm, kim məni incidibsə, pislik etmək istəyibsə, getsinlər atamdan üzr istəsinlər. Atam həmişə deyirdi ki, "Siz Səidəyə toxunanda, ilk olaraq mənə toxunmuş olursunuz". Bu həddi aşdınızsa, deməli adam deyilsiniz".

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.