Şou-biznes

Azərbaycanlı gözəl yarımfinalda podiuma çıxdı - VİDEO

13 Dekabr 2021 10:12
0 Şərh     Baxış: 1 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Miss Universe -2021" 70-ci Beynəlxalq Gözəllik Müsabiqəsinin finalı dekabrın 12-də İsrailin Eylat şəhərində keçiriləcək.

Milli.Az Olay-a istinadən xəbər verir ki, müsabiqənin yarımfinalında ənənəvi olaraq iştirakçılar milli, gecə, eləcə də çimərlik geyimində podiuma çıxıblar. 

Rusiyanı təmsil edən, əslən azərbaycanlı gözəl Ralina Ərəbova Kazan kraliçalarının libasları əsasında hazırlanmış tatar geyimini nümayiş etdirib.

Qeyd edək ki, müsabiqədə iştirak edən 80-ə yaxın iştirakçıdan yalnız 16-sı finala yüksələcək ki, bu da münsiflər heyətinin və tamaşaçıların səsverməsi ilə müəyyənləşəcək. Nəticələr final günü elan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.