Şou-biznes

Şəbnəm o şəkilləri sildirmək istəyir

1 Dekabr 2021 10:48
0 Şərh     Baxış: 2 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu bəzi media qurumlarını məhkəməyə verib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, bir müddət əvvəl keçmiş sevgilisi olduğu iddia edilən şəxslə fotolarını yayan jurnalistlərdən şikayətçi olub. Bu barədə sənətçi instaqramda məlumat verib:

"Bütün jurnalistlər, media və televiziya əməkdaşları mənim dostumdur. Bu gün bir çox xəbər portallarına, saytlara məhkəmə qərarı ilə bağlı məktub gedib. Dörd il öncə həqiqəti əks etdirməyən, ailəmə mənfi təsir göstərən xəbərlər, fotolar yayıldı. Halbuki, heç biri doğru deyildi. Həmin məlumat və fotoların silinməsi üçün məhkəməyə müraciət etdim, sonuncu məhkəmə 25 noyabrda baş tutdu. Qərar verildi ki, həmin xəbərlər, fotolar saytların arxivindən silinsin.

Əziz media nümayəndələri, sizə gələn məktub da bununla bağlıdır. Məhkəmənin qərarına əməl edib həmin məlumatları arxivinizdən silin. Hamınız mənim üçün dəyərlisiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.